KITABISTAN TALKS

Şərtlər və qaydalar

Kitabıstan Talks - Şərtlər və qaydalar

Kitabıstan Talks layihəsinin veb saytına xoş gəlmisiniz.
Saytdan istifadə etməklə və bilet satın almaqla siz aşağıdakı şərtlər və qaydalarla razılaşırsınız.

1. Bilet satışı və geri qaytarılması

Layihə çərçivəsində keçirilən tədbirlər üçün biletlər veb sayt vasitəsilə alına bilər.
Bütün bilet satışları yekundur. Tədbirlər təşkilatçı tərəfindən ləğv edilmədiyi müddətcə heç bir bilet geri qaytarılmır və ya dəyişdirilmir.

2. Əqli mülkiyyət

Layihə çərçivəsində keçirilən bütün tədbirlərin məzmunu və materialları əqli mülkiyyət qanunları ilə qorunur.

3. Davranış qaydaları

Biz tədbiri pozan yaxud digər tədbir iştirakçılarına narahatlıq yaradan istənilən fərdi tədbirə buraxmamaq yaxud onu tədbirdən kənarlaşdırmaq hüququnu özümüzdə saxlayırıq.
Həmçinin biz burada qeyd olunan şərtlər və qaydaları pozan, yaxud hər hansı bir qeyri-qanuni davranış icra edən şəxsin biletini geri ödəniş olmadan ləğv etmək hüququnu da özümüzdə saxlayırıq.

4. Məsuliyyət

Təşkilatçı tədbirlərin keçirildiyi məkanlarda itən əşyalara, dəyən zərərə yaxud oğurluq kimi hallara görə məsuliyyət daşımır.
Bilet almaqla siz təşkilatçını hər hansı belə bir hadisə üçün məsul tutmayacağınızla razılaşırsınız.

5. Şərtlər və qaydalara edilən düzəlişlər

Biz burada qeyd olunan şərtlər və qaydalara istənilən zaman düzəliş etmək hüququnu özümüzdə saxlayırıq.
Bu kimi dəyişikliklər edildikdən sonra veb saytdan istifadə etməklə və bilet almaqla siz dəyişdirilmiş şərtlər və qaydalara riayət edəcəyinizlə razılaşırsınız.

Tədbirlərimizdə iştirak etdiyiniz üçün təşəkkür edirik.
Hər hansı bir sualınız olarsa bizimlə əlaqə qurmaqdan çəkinməyin.
[email protected]
+994 70 537 21 84

Bilet al Tədbir haqqında Şərtlər və qaydalar Sual ver